Dünyanın bir çox ölkələrində milli geyim günü var. Azərbaycanda da belə bir günün keçirilməsi Milli Məclisdə müzakirəyə çıxarılsın.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetin Regionşünaslıq kafedrasının müdiri, etnoqraf Sevdagül Əliyeva “Teleqraf Holdinq”də keçirilən “Azərbaycanın milli geyimlərinin təbliği - Ənənədən gələcəyə” adlı tədbirdə deyib.
Azərbaycanda milli geyim ənənəsinin getdikcə unudulduğunu vurğulayan etnoqraf bu yolla milli dəyərlərimizi qoruya biləcəyimizi bildirib.
Onun bu təklifinə cavab olaraq millət vəkilləri Aydın Mirzəzadə və Ceyhun Məmmədov məsələni Milli Məclisdə qaldıracaqlarını vəd ediblər.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var