Diyarbəkirdə 19 gün davam edən axtarışlardan sonra cəsədi tapılan Narin Güran istintaqı çərçivəsində azyaşlının anası Yüksəl Güran, qardaşı Enes Güran və əmiləri Salim Güran, Fuad Güran da daxil olmaqla, 8 nəfər barəsində həbs qərarı verilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Azyaşlının anası Yüksəl Güran və qardaşı Enes Güran “Qəsdən öldürmə cinayətində iştirak etmək”, əmisi Fuad Güran isə “Cinayət dəlillərini məhv etmək”, digər 5 müttəhim “Cinayətkarı gizləmək və cinayət dəlillərini yox etmək” ittihamı ilə cəzaçəkmə müəssisəsinə göndərilib.
Cinayəti törədən əsas şəxsin Salim Güran olduğu düşünülür.
Qeyd edək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə (Dövşantəpə) kəndi ərazisində tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib. Məhkəmə tibb ekspertləri Narinin boynunda aşkar edilən şübhəli ləkənin boğulma nəticəsində meydana gəldiyi qənaətindədirlər.
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video