Xankəndidən İrəvana qaçan separatçı Samvel Babayan Zəngəzur dəhlizinin açılmasının Ermənistanın xeyrinə olduğunu bildirib.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, Babayanın bu fikirləri Ermənistanda ciddi müzakirələrə səbəb olub.
Babayan bildirib ki, Ermənistan Mehri yolunun açılmasından imtina edərsə, bu, regional logistikanın inteqrasiya perspektivini pozacaq və bir tərəfdən Rusiyanın regiona, digər tərəfdən İranın Naxçıvana təsirini gücləndirəcək. Onun fikrincə, Ermənistan Azərbaycana Mehridən yol verərsə, regional əlaqə rolunu gücləndirə və qazanc əldə edə bilər.
“Mehri yolu əslində Ermənistana qazanc gətirəcək. Bundan imtina etmək isə Ermənistanın əleyhinədir”, - separatçı Babayan deyib.
Babayanın bu sözləri İrəvanda qarışıqlıq yaradıb. Ermənistan mediası Babayanı Azərbaycana işləməkdə ittiham edir.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var