Azərbaycan İran üzərindən kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görür.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Real TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan üçtərəfli bəyannaməni təhrif edir:
"Bu da bizdə təəssüf doğurur. Üçtərəfli sənədin 9-cü bəndində kommunikasiyaların açılması ilə bağlı konkret öhdəliklər var. Əgər Ermənistan hazırkı mövqeyində təkid edirsə, Azərbaycanın alternativ variantları var. Onlardan biri də İran üzərindən müvafiq kommunikasiya xətlərinin çəkilməsidir. Bu istiqamətdə müvafiq işlər gedir. Ermənistan özünütəcrid etmək siyasətini davam etdirirsə, bu onun öz seçimidir. Bu seçim onların xeyrinə deyil”.
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video