Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Real TV-yə müsahibəsində deyib.
O bildirib ki, sülh sazişi bütöv sənəddir:
“Ona görə də bütün bəndlərin razılaşdırılmasına ehtiyac var. Amma ümumilikdə irəliləyiş var”.
A.Hacızadə qeyd edib ki, sülh sazişinə mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır:
"Həmçinin, bildirim ki, Azərbaycan konstitusiyasında heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur".
Nazirlik rəsmisi onu da bildirib ki, rəsmi Bakı regionda kommunikasiyaların açılmasında maraqlıdır.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var