Almaniya gələn il təhlükəsizlik və müdafiəyə 75 milyard avrodan çox vəsait xərcləyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı bildirib.
“Gələn il ayrıca büdcə planından 53,25 milyard avro ayrılacaq. Bu, əvvəlki ildəkindən 1,3 milyard avro çoxdur. Amma mən tələb edəndən azdır”, - nazir deyib.
Pistorius əlavə edib ki, Bundesver üçün xüsusi fonddan daha 22 milyard avro ayrılacaq.
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video