Bu gün axşam saatlarında intihara cəhd hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib, bir vətəndaş körpüyə çıxaraq intihar etmək istəyib.
Hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əməliyyat zamanı müəyyən edilib ki, 1981-ci il təvəllüdlü Ramin Mirağa oğlu Əliyev körpünün məhəccərinə çıxaraq intihara cəhd edir.
Xilasedicilər onunla ünsiyyət quraraq davamlı psixoloji söhbət aparıblar və təhlükəsizlik tədbirləri həyata keçirilib. Xilasedicilərin psixoloji dəstəyi nəticəsində R.Əliyev intihar niyyətindən daşınıb və o, təhlükəsiz şəkildə xilas edilərək müvafiq qurumlara təhvil verilib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var