Serbiya ilə İsrail arasında yaxın zamanda azad ticarət sazişi imzalanacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Belqradda səfərdə olan İsrail Prezidenti İshaq Hersoqla Serbiya Prezidenti Aleksandar Vuçiçin görüşündə bildirilib.
Prezidentlər iki ölkə arasında azad ticarət sazişinin mümkün qədər tez imzalanacağını qeyd ediblər. Aleksandar Vuçiç İsrail ilə ən qısa zamanda azad ticarət sazişi imzalamağın ölkəsi üçün son dərəcə vacib məsələ olduğunu deyib. O, iki ölkə arasında elm və texnologiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın, İsraildən sərmayələrin cəlb olunmasının vacibliyini qeyd edib.
İshaq Hersoq isə vurğulayıb ki, hər iki xalqın mənafeyi naminə azad ticarət sazişi imzalamaq və birgə uğur qazanmaq əsas prioritet təşkil edir.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var