Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətlə debatdan imtina edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı İrakli Kobaxidze jurnalistlərə məlumat verib.
Hökumət başçısının sözlərinə görə, müxalifətin hakimiyyətlə debata bir neçə şansı var idi. Onlar bu şansları əldən veriblər.
“Məsələn, məni parlamentə dəvət etməli idilər, amma heç vaxt bunu etmədilər. Mən illik hesabatımı verəndə parlamentə gəlməyə cəsarət etmədilər. Belə bir şəraitdə müxalifətin debatlardan danışması heç bir əhəmiyyət kəsb etmir”, - Kobaxidze vurğulayıb.
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video