Ermənistanın 9 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yola nəzarət etmək üçün Rusiya sərhədçilərinin iştirakı ilə bağlı öhdəlik götürməyib.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“9 noyabr tarixli sənədin 9-cu bəndində qeyd olunanlar o demək deyil ki, Azərbaycanı Naxçıvanla birləşdirən yolda Rusiya sərhəd qoşunları olmalıdır. Rusiya sərhədçilərinin Ermənistanda olması Ermənistanın həll etməli olduğu məsələdir. Əgər sabah Ermənistan qərar versə ki, onlar olmamalıdı, onlar olmayacaq da”, - Paşinyan qeyd edib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var