Bu gün saat 19:18-də Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən sürət sərnişin qatarı Zabrat sahəsində hərəkətdə olarkən bir qadın qəfil qatarın yoluna çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
"ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - məlumatda qeyd olunub.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var