9, 10 və 11 sentyabrda Təhsil İnstitutunda fəlsəfə doktoru proqramı üzrə 2024-cü il doktoranturaya qəbulun sonuncu mərhələsi olan ixtisas fənnindən imtahanlar keçirilib.
Bu barədə BUTA.TV-a İnstitutdan məlumat verilib.
Qeyd olunub ki, xarici dil və fəlsəfə fənlərindən imtahanlarda yüksək qiymətlər alaraq ixtisas imtahanı mərhələsinə 18 nəfər iddiaçı iştirak hüququ qazanıb.
İmtahanlar Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, Təhsilin təşkili və planlaşdırılması, Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, Korreksiya pedaqogikası, Pedaqoji psixologiya ixtisasları üzrə 8 komissiyada keçirilib.
Həmçinin 11 sentyabrda elmlər doktoru proqramı üzrə dissertanturaya müsahibə keçirilib və müsahibə komissiyasının qərarına əsasən 1 nəfər iddiaçı elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunub.
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video