Cəlilabad rayonunda qarşıdakı illərdə iki abidənin bərpası nəzərdə tutulur.
Kult.az xəbər verir ki, bu barədə Report-un Muğan bürosunun sorğusuna cavab olaraq Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsindən bildirilib.
Bərpası gözlənilən abidələr - Cəlilabadın Göytəpə şəhərində yerləşən kilsə və "Qazan köşkü" tarixi abidəsi və hamamdır (19-cu əsr).
Həmçinin qeyd olunub ki, tarixi abidələr dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib, burada mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var