Ermənistanın Baş naziri Nikol Paşinyanın aprel ayında Brüsselə səfəri və Avropa Birliyi (AB) rəsmiləri ilə görüşündən sonra İrəvana maraq tamamilə itdi.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Avetis Babacanyan deyib.
Onun sözlərinə görə, Brüssel görüşündə naş nazirə onun təkliflərinin elə də əhəmiyyətli olmadığını, bu səbəblə az miqdarda yardım ayrılacağı bildirilib:
“Diqqət etsəniz, o gündən sonra Şarl Mişel, Jozef Borrell və digər AB rəsmiləri Azərbaycan və Ermənistan arasındakı danışıqlarda artıq əvvəlki qədər aktiv deyillər. Vasitəçilik təklifləri səsləndirmirlər, danışıqlar təşkil etməyə çalışmırlar. İrəvan rəsmiləri ölkənin AB-yə üzvlüyü ilə bağlı referendumun keçirilməsin təklif etdilər. Bu belə gözlənilən qədər səs-küy yaratmadı. Ona görə də, bu məsələ ortadan qalxdı. Yəni artıq Ermənistana Avropada heç bir maraq yoxdur, kimsənin vecinə deyil.
Lakin bizim üçün ağrılı olan bir zamanda Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya səfər etdi və böyük təmtəraqla qarşılandı. O, Çernibbo şəhərində keçirilən ilk beynəlxalq forumun fəxri qonağı oldu. Azərbaycanla Avropa ölkələri arasında dərinləşən ticari-iqtisadi əməkdaşlıqdan danışdı. Bakı hazırda AB-yə üzv olan 7 ölkəyə qaz satır, 3-ü isə bunun üçün növbəyə dayanıb”.
Babacanyan AB-nin yanvardan etibarən Bakının köməyinə daha çox ehtiyacı olacağını deyib:
“Bu il dekabrın 31-dən sonra Rusiya Ukrayna ərazisindən Aİ ölkələrinə qaz ixrac edə bilməyəcək. Son 3 ildə yaranan məhdudiyyətlərə baxmayaraq, hər il Aİ-yə 40 milyard kubmetr qaz ixrac olunurdu. Yanvarın 1-dən Avropa İttifaqı ölkələri Rusiya qazından tamamilə məhrum olacaq. Bəs yaranan ehtiyac haradan ödəniləcək? Bütün gözlər yenidən Azərbaycandadır. O cümlədən, Rusiya da Avropaya əlavə qazın təkrar ixracı üçün qazpaylayıcı sistemdən istifadə etmək istəyi ilə Azərbaycana müraciət edib.
Yəni belə bir vəziyyətdə Ermənistan niyə kiməsə maraqlı olsun? İrəvanın KTMT-dən çıxması,ölkədəki rus bazasının taleyi,ümumiyyətlə heç nə vacib deyil. Ermənistanın AB-yə verə biləcəyi heç nə yoxdur. Biz heç Moskvaya da maraqlı deyilik. Ona görə hazırda Paşinyan Rusiya ilə münasibətləri yumuşaltmağa çalışır. Yəni Ermənistan üçün hər şey bitib”.
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər