Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Quba rayonunun Adur kəndində yeni körpünü istifadəyə verib.
BUTA.TV AAYDA-ya istinadən xəbər verir ki, körpünün inşasını qısa müddətdə agentliyə məxsus 11 №-li xüsusi təyinatlı yol istismarı MMC həyata keçirib.
Quba rayon mərkəzindən 50 km aralıda yerləşən Adur kəndinin giriş hissəsində inşa edilən körpünün keçid hissəsinin uzunluğu 7 metr, eni isə 4 metr təşkil edir.
Körpünün istifadəyə verilməsi tədbirində AAYDA-nın və Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kollektivi, həmçinin Adur kənd sakinləri iştirak edib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var