Zelenskinin sülh planı: Rusiya dəvət olunacaq...

13:56 - 10 Sentyabr 2024 - GÜNDƏM

 Zelenskinin sülh planı: Rusiya dəvət olunacaq...

Ukrayna Prezidenti Vladimir Zelenski bu payızda müharibəni məqbul şərtlərlə bitirmək üçün Rusiyaya beynəlxalq təzyiqlərə ümid edir.

BUTA.TV xəbər verir ki, bu barədə EFE nəşri məlumat yayıb.

“Cəbhə xəttində yaxşı perspektivlərin olmadığını və bəzi əsas müttəfiqlərin hərbi yardımının azala biləcəyi riskini dərk edən Vladimir Zelenski bu payızda müharibəyə son qoymaq və Kiyevə məqbul olan sülhə nail olmaq üçün birtərəfli yol xəritəsi üzərində işləyir və Rusiyaya beynəlxalq təzyiqlərə arxalanır”, - məlumatda qeyd olunub.

Nəşr bildirib ki, Zelenski planını ilk dəfə avqustun 27-də açıqlamışdı.

“Mən bu planı Rusiyanın iradəsi ilə deyil, tərəfdaşlarımızın sayəsində həyata keçirə biləcəyini əsas götürdüm”, - Zelenski həmin vaxt bildirmişdi.

Məlumata görə, bu məqsədə çatmaq üçün əsas rıçaqlardan biri Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyatın uğuru olacaq:

“Bu planın tərəfdaşlarına təqdim edilməsi ilə paralel olaraq, Kiyev ilin sonuna qədər ikinci Sülh Sammitini təşkil etməyə hazırlaşır və birincidən fərqli olaraq, Rusiyanı dəvət etməyi planlaşdırır. Zelenski və digər ukraynalı siyasətçilərin bəyanatlarından aydın olur ki, ikinci görüşün məqsədi Kiyevin sənəddə təklif etdiyi şərtlərlə sülhə razılıq verməsi üçün Rusiyaya təzyiq göstərməkdir. Eyni zamanda, bu təzyiqin effektivliyi böyük ölçüdə Rusiyaya yaxın olan Çin və Hindistan kimi güclərin mövqeyindən asılıdır, onlar hələlik Moskvaya öz təsirlərindən istifadə edərək Rusiyanı Ukraynadan tam və ya qismən çıxmağa məcbur etmək istəmirlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol