Hökumətin əsas simalarından biri - Baş nazirin müavini Əli Əhmədov yaxın günlərdə tutduğu vəzifə ilə vidalaşacaq. Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində namizədliyi hakim Yeni Azərbaycan Partiyası(YAP) tərəfindən irəli sürülən qocaman YAP-çı seçkinin nəticələri rəsmiləşəndən sonra qanunvericiliyin tələbinə uyğun olaraq postunu təhvil verəcək.
BUTA.TV Yenisabah.az-a istinadla xəbər verir ki, növbədənkənar parlament seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənəndən sonra Baş nazirin müavini postuna yeni təyinat olacaq. Hazırda bu vəzifəni tutmağa ən şanslı namizəd Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sayılır. Hökumətin ən nüfuzlu üzvlərindən biri olan Babayevin hakimiyyət iyerarxiyasında daha da yüksələcəyi gözlənilir.
Qeyd edək ki, Muxtar Babayevi əvəzləyəcək şəxsin kimliyi də məlumdur. İddialara görə, onu birinci müavini Rəşad İsmayılov əvəzləyəcək.
Xatırladaq ki, Rəşad İsmayılov ixtisasca hüquqşünasdır. O, Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var