Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna konfliktində başlıca problemin nədən ibarət olduğunu açıqlayıb.
BUTA.TV-ın məlumatına görə, Rusiya XİN rəhbəri bildirib ki, bu situasiyada ərazi mübadiləsindən deyil, insanların hüquqlarından söhbət gedir.
“Əgər biz atəşkəs çağırışlarını müzakirə etsək və ərazi mübadiləsi haqqında düşünsək, bu, qeyri-ciddidir”, - Lavrov bildirib.
O, problemin Ukraynada "qanunla tapdalanan" insanların hüquqları ilə bağlı olduğunu vurğulayıb.
Lavrov əlavə edib ki, siyasi məkanda Ukraynada nizamlanma təşəbbüsləri kontekstində insan haqlarından söhbət getmir.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var