ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müşaviri Viktoriya Nuland dolayı şəkildə etiraf edib ki, Ukrayna amerikalılar və ingilislərlə məsləhətləşmələrdən sonra Rusiya ilə İstanbul sazişini imzalamayıb.
BUTA.TV xəbər verir ki, o, bu barədə rusiyalı jurnalist Mixail Zıqara müsahibəsində deyib.
“Türklər danışıqlar üçün platforma təklif etdilər. Biz orada deyildik. Müqavilənin təfərrüatından həqiqətən xəbərimiz yox idi. Lakin sonrakı mərhələlərin birində ukraynalılar bütün bunların hara aparacağı ilə bağlı məsləhət istəməyə başladılar”, - o bildirib.
Onun sözlərinə görə, ABŞ anlayıb ki, Rusiyanın əsas şərti Kiyev üçün əlverişsizdir, çünki şərt Rusiyaya qarşı heç bir oxşar məhdudiyyət qoymadan Ukraynanı hərbi cəhətdən zərərsizləşdirməkdən ibarət olub:
“Ukraynanın daxilində və xaricində insanlar sövdələşmənin yaxşı olub-olmadığını şübhə altına almağa başladılar və o zaman hər şey dağıldı”.
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video