Avropa Birliyi Slovakiyanı demokratik normaların pozulmasına görə cəzalandırmaq təklifi üzərində işləyir. Bu, qurumun Bratislavaya ayrılan vəsaiti kəsməsi ilə nəticələnə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Avropa Komissiyası Slovakiya Baş naziri Robert Fitsonun AB fondları ilə bağlı korrupsiya işlərinə baxan xüsusi prokurorluğu ləğv etdiyi üçün prosedura başlamaq barədə qərar hazırlayıb”, - məlumatda qeyd olunub.
Məlumata görə, proses ilkin mərhələdədir və komissiya rəhbəri Ursula fon der Leyenin təsdiqini tələb edir.
Agentlik xatırladıb ki, Slovakiyadakı bütün dövlət investisiyalarının təxminən 80%-i AB fondları tərəfindən maliyyələşdirilir.
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video