Sevgisiz yaşamaq olar? Ölənə kimi sevgi bizimlə olacaq. Ümid edirəm ki, ölənə kimi Allah bu sevgini məndən əsirgəməyəcək.
Kult.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında əməkdar artist Füzuli Hüseynov deyib.
Aktyor bildirib ki, hər yaşın öz gözəlliyi var:
"Qocalıq bir ayrı aləmdir. Bu gün doğum günümdür, həmişə bu gün Bakıdan kənarda olardım. Bu gün isə Bakıdayam. Axşama dostlarla bir aradayıq, nə sürpriz edəcəklərini bilmirəm. Amma dostları qırmayacağam. Hər günüm necədirsə, bu gün də onlardan biridir. Əslində ad günümü qeyd etmək istəmirəm. Çünki hər dəfə qocalırıq. Qocalmayanda da həyat maraqsız olur. Soyuducunun buzluğunda oturaq ki, qocalmayaq? Qocalmaq da lazımdır, özümüz üçün də maraqlı olsun".
Füzuli Hüseynov bildirib ki, həyatda iki şey gözəldir:
"Subaylıq və azadlıq. Bunların yanında bir də cansağlığı oldusa, yaşamağa dəyər".
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər