Almaniya kansleri Olaf Şolts Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini istisna etməyən, bir növ yeni Minsk razılaşması olan sülh yolu ilə nizamlanma üçün öz planını hazırlayır.
BUTA.TV xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti Almaniya hökumətinə və Sosial Demokrat Partiyasına yaxın mənbəyə istinadla məlumat yayıb.
Qeyd olunur ki, Almaniya kansleri regional və Avropa seçkilərindəki uğursuzluqlardan sonra öz mövqelərini möhkəmləndirmək üçün Ukrayna kartı ilə oynamaq istəyir.
Qeyd edək ki, Şolts Ukraynadakı münaqişədə sülhə necə nail olmağı müzakirə etməyin vaxtının çatdığını bildirmişdi.
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video