İsrailin Suriyaya raket hücumu İranın bu ölkədəki obyektlərinə, o cümlədən raket istehsalı bazasını da vurub.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İsrail” qəzeti məlumat yayıb.
“Həmanın qərbində yerləşən Masyaf bölgəsindən İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar tərəfindən baza kimi istifadə edildiyi güman edilir. Son illərdə o, dəfələrlə İsrailin hədəfinə çevrilib”, - məlumatda bildirilib.
Qəzet iddia edir ki, həmin bazada CERS və ya SSRC kimi tanınan Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir.
Qeyd edək ki, bu gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın bir sıra əyalətlərində hərbi obyektlərə hava zərbələri endirib.
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video