İran Qafqazda getdikcə tək qalır. Buna görə də Türkiyə və Azərbaycanın sülh, sabitlik və əmin-amanlıq üçün irəli sürdüyü təkliflərə, çağırışlara, hətta “3+3” platformasına müsbət cavab verməkdən yayınır, Ermənistanı özündən asılı vəziyyətə salmaq istəyir. Hazırda İran mövcud vəziyyətə başqa bir siyasətlə yanaşır. Buna görə də Rusiya ilə qarşı-qarşıya gəlir.
BUTA.TV xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan general Yücel Karauz deyib.
O əlavə edib ki, hazırda İranın apardığı siyasət ikiüzlülükdən başqa bir şey deyil:
“Zəngəzur dəhlizi Ermənistanın ərazi bütövlüyü üçün təhlükə deyil. Zəngəzur dəhlizi ilə bağlı üçüncü bir ölkə deyə bilməz ki, bura bizim qırmızı xəttimizdir. Heç kim kiminsə ərazi bütövlüyünü, sərhədlərini dəyişdirmək niyyətində deyil. Əgər İran sərhədlər üçün bu qədər narahat olurdusa, niyə 30 il Azərbaycan torpaqlarının işğal altında qalmasına susdu? Məsələ burasındadır ki, Zəngəzur dəhlizi İrana zərər verəcək bir layihə deyil. Sadəcə İran bunu anlamaq istəmir. İran ağıllı siyasət həyata keçirərsə, bu dəhlizdə rolu artar”.
General əlavə edib ki, dəhlizlə bağlı İranın bir sıra narahatlıqları mövcuddur:
“İran dəhliz açılarsa ölkəsinin gəlirlərinin azalacağını və strateji əhəmiyyətini itirəcəyini düşünür. Təbii ki, bu, heç də belə deyil. Məlumdur ki, İranda hakimiyyət din üzərində qurulub. Dini hakimiyyətin strateji prioritetləri arasında Türkiyə və Azərbaycanın güclənməməsi, bölgəyə sülhün gəlməməsi əsas məsələlərdən biridir. İran indi nə danışırsa, danışsın hamısı boşdur. Zəngəzur dəhlizi açılmadığı təqdirdə Ermənistan adlı bir dövlət olmayacaq. Zəngəzur dəhlizinin açılmasının geci-tezi var. Zəngəzur dəhlizi bölgəyə yalnız sülh gətirəcək”.
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər