Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsində erməni əsirlərin azad edilməsi məsələsi yer almayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Xeyr, bu məsələ 2020-ci il noyabrın 9/10-da Rusiya və Azərbaycanın məhbusların qaytarılması problemini həll etməyi öhdəsinə götürdüyü üçtərəfli bəyanatda yer alıb”, - o bildirib.
Qeyd edək ki, Azərbaycanda erməni əsir yoxdur. Azərbaycan 44 günlük müharibədən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb.
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video