İran Prezdenti Məsud Pezeşkianın paytaxtın Tehrandan köçürülməsi ilə bağlı təklifi reallaşmayacaq.
BUTA.TV xəbər verir ki, bunu Tehran şəhər şurasının rəhbəri Mehdi Çəmran deyib.
O, paytaxtı köçürməkdənsə nazirliklər, idarə və təşkilatların ölkənin müxtəlif şəhərləri arasında paylaşılmasının daha məqsədəuyğun olduğunu söyləyib.
“Müxtəlif hökumətlər paytaxtın Tehrandan başqa şəhərə köçürülməsi barədə dəfələrlə məsələ qaldırsalar da, konkret nəticə əldə olunmayıb”, - Çəmran bildirib.
Qeyd edək ki, Məsud Pezeşkian ölkənin siyasi və iqtisadi mərkəzlərini respublikanın cənub sərhədlərinə, İran körfəzi sahillərinə köçürməyi təklif edib.
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video