Türkiyə Ukraynada münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların aparılmasında vasitəçiliyi Azərbaycana verə bilər və Kiyev Bakı variantına qarşı çıxmayacaq.
BUTA.TV xəbər verir ki, bunu “RİA Novosti”yə türkiyəli analitik Engin Özər deyib.
“Ola bilər ki, Türkiyə İstanbul danışıqlarının razılaşdırılmış bütün məqamlarını Azərbaycan tərəfinə ötürsün və danışıqların diplomatik dəstəklə Bakıda aparılmasını təmin etsin. Moskva və Kiyev Bakı variantına qarşı olmayacaq”, - o bildirib.
Onun sözlərinə görə, Moskvanın təsdiqlədiyi vasitəçi ölkə müharibə başa çatdıqdan sonra beynəlxalq aləmdə çox güclü mövqeyə malik olacaq:
“Ona görə də Moskva bu “hədiyyəni” NATO üzvü olan ölkəyə vermək istəməyəcək. Çox güman ki, Rusiya administrasiyası bu cür nüfuz qazanmaq üçün Qoşulmama Hərəkatının üzvü olan ölkəyə üstünlük verəcək”.
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video