Ötən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın bir sıra əyalətlərində hərbi obyektlərə hava zərbələri endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hücum əsasən Vadi əl-Uyun, Misyaf və Səlamiyyədəki hərbi-sənaye müəssisələrinə və silah anbarlarına edilib. Eyni zamanda, Suriya ordusunun tərəfində döyüşən şiə birləşmələrinin yerləşdiyi Tartus bölgəsində hərbi texnika və pilotsuz təyyarələrin olduğu karvana da hücum edilib.
Qeyd olunur ki, İsrail qüvvələrinin Suriyanın Misyaf bölgəsindəki hədəflərə endirdiyi aviazərbələr nəticəsində 14 nəfər ölüb, ən azı 43 nəfər yaralanıb.
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video