Şimali Koreya ABŞ ilə uzunmüddətli nüvə qarşıdurmasına hazırdır.
BUTA.TV TASS-a istinadən xəbər verir ki, bunu Şimali Koreya Xarici İşlər Nazirliyinin informasiya departamentinin xarici mətbuat şöbəsinin rəhbəri bildirib.
“KXDR ABŞ ucbatından Koreya yarımadasında getdikcə gərginləşən vəziyyəti ciddi şəkildə nəzarətdə saxlayacaq”, - diplomat deyib.
O xatırladıb ki, ABŞ və Cənubi Koreya bu yaxınlarda Nüvə Planlaşdırılması Məsləhət Qrupu vasitəsilə simulyasiya təlimləri keçirib:
“Bunun arxasında KXDR-ə qarşı hərbi müdaxiləni daha da inkişaf etdirmək cəhdi dayanır. Məhz ABŞ Koreya yarımadasında və regionda təhlükəsizlik vəziyyətinin hazırda əhəmiyyətli dərəcədə pisləşməsinin səbəbidir.
Diplomat bildirilib ki, “düşmən qüvvələr”in ehtiyatsız davranışından dolayı nüvə toqquşması təhlükəsi artmaqdadır.
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video