Sudanda ötən ilin aprelindən davam edən münaqişə 20 mindən çox insanın ölümünə səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. O, dərhal atəşkəsə və humanitar tədbirlərə beynəlxalq maliyyə dəstəyini artırmağa çağırıb.
Baş direktor xatırladıb ki, Sudanda münaqişə səbəbindən 10 milyondan çox insan ölkə daxilində evlərini tərk etmək məcburiyyətində qalıb, daha 2 milyon insan isə qonşu ölkələrə qaçmağa məcbur olub.
Bildirib ki, ölkə əhalisinin yarıdan çoxu - təxminən 25 milyon sudanlı hazırda dəstəyə ehtiyac duyur.
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video