Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək şəhərində biçilmiş taxıl sahəsində, Şahbuz şəhərində isə "OKA" markalı minik avtomobilində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, məlumatlarla əlaqədar dərhal Babək və Şahbuz Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb.
Babək şəhərində yanğın nəticəsində 2000 kvadratmetr biçilmiş taxıl sahəsi yanıb, 3000 kvadratmetr biçilmiş taxıl sahəsi isə yanğından mühafizə olunub. Şahbuz şəhərində isə minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub.
- Ələtdə körpə yüksək hərarətdən öldü
- Murad Arif Audiovizual Şuraya səsləndi – “Bu qədər olmaz!”
- Sabah Bakıya intensiv yağış yağacaq
- Pensiya alanların nəzərinə!
- Sumqayıtda 23 yaşlı oğlan futbol oynayarkən öldü
- Avtoyumadan “Rənc Rover”i qaçırdı, qəza törətdi
- Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
- ABŞ-da Nərimana “Ləvəngi” təklif etdilər - VİDEO