Masallı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a bildirilib ki, sentyabrın 7-də saat 02 radələrində Ali Mamedov idarə etdiyi VAZ-21074 markalı avtomobillə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada ölüb. Sürücü isə müxtəlif bədən xəsarətləri alıb.
Qəza ilə bağlı araşdırma aparılır.
- Ələtdə körpə yüksək hərarətdən öldü
- Murad Arif Audiovizual Şuraya səsləndi – “Bu qədər olmaz!”
- Sabah Bakıya intensiv yağış yağacaq
- Pensiya alanların nəzərinə!
- Sumqayıtda 23 yaşlı oğlan futbol oynayarkən öldü
- Avtoyumadan “Rənc Rover”i qaçırdı, qəza törətdi
- Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
- ABŞ-da Nərimana “Ləvəngi” təklif etdilər - VİDEO