Bakı küçələrində motoxuliqanlıq edən şəxs Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb.
BUTA.TV Patrul.az-a istinadən xəbər verir ki, sentyabrın 5-də Müzayən Şirin oğlu Əzizov 99 X 512 dövlət qeydiyyat nişanlı motosikleti sərxoş halda idarə edərək motoxuliqanlıq edib.
DYP əməkdaşlarının "saxla" əmrinə tabe olmayaraq magistral yollarda təhlükəli hərəkətlər edən motosiklet sürücüsü, Nizami Rayon Polis İdarəsinin DYP şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İXM-in 511-ci maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi tərəfindən Müzayən Əzizova 25 gün inzibati həbs cəzası verilib.
- “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı
- Körpə yüksək hərarətdən öldü
- Murad Arif Audiovizual Şuraya səsləndi – “Bu qədər olmaz!”
- Sabah Bakıya intensiv yağış yağacaq
- Pensiya alanların nəzərinə!
- Sumqayıtda 23 yaşlı oğlan futbol oynayarkən öldü
- Avtoyumadan “Rənc Rover”i qaçırdı, qəza törətdi
- Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü