Hüceyrələrdə protein istehsalını idarə edən “OTUD6” adlı zülalın xərçəng və yaşlanmaya əhəmiyyətli təsir göstərə biləcəyi aşkar edilib.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın “UC Merced” universitetinin tədqiqatçıları araşdırma aparıblar.
Meyvə milçəkləri ilə aparılan araşdırmalardan sonra “OTUD6” mutasiyasına malik milçəklər adi milçəklərdən iki dəfə çox yaşayıblar.
Bu yeni kəşf zülal istehsalına nəzarət etməyin üçüncü yolunu ortaya qoyur. Universitetin professoru Fred Volf və komandası hüceyrələrin “OTUD6” miqdarını necə tənzimlədiyini araşdırmağa davam edir.
Bununla belə, tədqiqatçılar bu mövzuda hələ də birbaşa dəlil tapmadıqlarını vurğulayırlar. Tədqiqat insanlar üzərində təsirli olarsa, insanın 80 il olan orta ömrü 160 ilə qədər arta bilər.
Tədqiqat “Nature Communications” jurnalında dərc olunub.
- Bakıda 100 min bina söküləcək? - Rəsmi
- AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir...
- Qızılağaclar kəsildi: saxlanılanlar var
- Bakıda məşhur şadlıq evi yandı
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- Bakıda qənnadı müəssisəsinin fəaliyyəti dayandırıldı - Foto
- Bakıda bir evi soyan 4 nəfər saxlanıldı
- Hərbi vəzifəlilərlə təlim toplanışı başladı