Teleqramın təsisçisi Pavel Durov Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ona təklif etdiyi diplomatik yardımdan imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” nəşri fransız məmura istinadla məlumat yayıb.
“Durov Rusiyanın konsulluq mühafizəsindən və BƏƏ konsulluğunun nümayəndəsinin səfərindən imtina edib. Lakin BƏƏ səfirliyini vəziyyətlə bağlı məlumatlandırmağa razılaşıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 24 avqustda saxlanılan Durov avqustun 28-də məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Onun Fransa ərazisini tərk etməsi qadağandır.
- Bakıda 100 min bina söküləcək? - Rəsmi
- AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir...
- Qızılağaclar kəsildi: saxlanılanlar var
- Bakıda məşhur şadlıq evi yandı
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- Bakıda qənnadı müəssisəsinin fəaliyyəti dayandırıldı - Foto
- Bakıda bir evi soyan 4 nəfər saxlanıldı
- Hərbi vəzifəlilərlə təlim toplanışı başladı