Qazaxıstanın Kiyevdəki səfirliyi həmvətənlərinə Ukrayna ərazisini tərk etmək imkanını nəzərdən keçirməyi tövsiyə edib.
BUTA.TV Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, səfirlik müraciətini gərginliyin artması ilə izah edib.
"Qazaxıstan vətəndaşları Ukraynadan Qazaxıstana getmək üçün quru marşrutlardan - Polşa və ya Moldovadan keçməklə kommersiya hava yolundan istifadə edə bilərlər”, – məlumatda bildirilib.
Polşa ərazisindən gedən Qazaxıstan vətəndaşlarının Şengen vizası olmalıdır. Moldovaya daxil olmaq üçün vizaya ehtiyac yoxdur.
Səfirlik həmçinin bütün vətəndaşları hava hücumu xəbərdarlığına etinasızlıq göstərməməyə və dərhal sığınacaqlara getməyə çağırıb.
- Bakıda 100 min bina söküləcək? - Rəsmi
- AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir...
- Qızılağaclar kəsildi: saxlanılanlar var
- Bakıda məşhur şadlıq evi yandı
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- Bakıda qənnadı müəssisəsinin fəaliyyəti dayandırıldı - Foto
- Bakıda bir evi soyan 4 nəfər saxlanıldı
- Hərbi vəzifəlilərlə təlim toplanışı başladı