Azərbaycan və İtaliya arasında birgə istehsal və xidmət sahələrinin yaradılmasını əhatə edən sənədlər imzalanıb.
BUTA.TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, sənədlərə Azərbaycan-İtaliya dəyirmi masasında imza atılıb, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsini, təcrübə mübadiləsini əhatə edir.
"Sənədlərin icrası innovasiyaları təşviq etmək və iqtisadi artımı gücləndirməklə yanaşı, ölkələrimiz arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək", - deyə nazir əlavə edib.
- Bakıda 100 min bina söküləcək? - Rəsmi
- AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir...
- Qızılağaclar kəsildi: saxlanılanlar var
- Bakıda məşhur şadlıq evi yandı
- Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- Bakıda qənnadı müəssisəsinin fəaliyyəti dayandırıldı - Foto
- Bakıda bir evi soyan 4 nəfər saxlanıldı
- Hərbi vəzifəlilərlə təlim toplanışı başladı