Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Mirzəağa Əliyev küçəsində təmir işlərinə start verib.
BUTA.TV bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, təmir işləri sözgedən küçənin Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan 750 metrlik hissəsində aparılır. Küçənin ortalama eni 11 metrdir.
Təmir işləri səbəbindən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri icra olunur. Ardınca küçəyə "İnşaat Norma və Qayadaları"na uyğun olaraq lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq.
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi