Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 45 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisinə deputat seçilənlər arasında vəzifəli şəxslər də var.
Onların siyahısını təqdim edirik:
Naxçıvanın baş nazirinin müavini Bəxtiyar İbrahim oğlu Məmmədov,
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrin köməkçisi Ramiz Gülməmməd oğlu Məmmədov,
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqlar Şurasının sədri Qəzənfər İsmayıl oğlu Abdullayev,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sektor müdiri Mübariz Rəcəb oğlu Bayramov,
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Sevindik oğlu Novruzov,
Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Ülkər İmamqulu qızı Bayramova,
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının sədri Şəhla Hüseyn qızı Əhmədova.
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi