İranın Mərkəzi Bankı da daxil olmaqla, 20 bankına kiberhücum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.
Məlumata görə, "İRleaks" haker qrupunun üzvləri "Tosən" adlı şirkət vasitəsilə bankların serverlərinə daxil olub və məlumatları və digər rəqəmsal xidmətlərini ələ keçirə biliblər. Hücum nəticəsində milyonlarla müştərinin məlumatları oğurlanıb.
Bununla yanaşı, hakerlərin İranın 29 aktiv kredit təşkilatına da hücum edərək əhəmiyyətli məlumatları ələ keçirdikləri bildirilib.
Nəşr bildirib ki, bu, İran tarixində hökumət sistemlərinə qarşı ən böyük kiberhücumlardan biridir.
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi