Bu il noyabrın 7-9-da İstanbulda keçiriləcək Türk Ticarət Sərgisində türk dövlətlərinin ortaq brendləri yaradılacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu sərginin təqdimat konfransında təşkilatçı qurumun nümayəndəsi Aygün Əliyeva bildirib.
"Bu sərgi hər il keçirilir. Əsas məqsəd türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi, iş adamları arasında əməkdaşlığın genişləndirilməsidir. Sərgidə 20-dən çox sahədə məhsul və yeni texnologiyalar nümayiş etdiriləcək, ölkələrin investisiya imkanları, mühüm sektorlar, sahibkarların problemləri, onların həlli üçün təklifləri və digər aktual məsələlər müzakirə olunacaq. Azərbaycanla türk dövlətləri arasında ticarət əlaqələrinin artmasına töhfə verməliyik. 178 milyon əhalisi və 1,9 trilyon ABŞ dolları dəyərində iqtisadi gücü (ümumi daxili məhsul) olan türk dövlətləri zəngin təbii sərvətləri və Orta Dəhliz adlanan strateji ticarət yolu üzərində yerləşməsi ilə böyük imkanlar təqdim edir: Özəl sektor nümayəndələri prosesdən kənarda qalmamalı və qarşılıqlı investisiyaları, əməkdaşlığı genişləndirməlidir",- deyə o qeyd edib.
- Kürdə suyun səviyyəsi artır: Proses nə vaxta kimi davam edəcək?
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?