Putinin Bakıya səfərindən bir həftə sonra onunla Moskvada görüşdüm, səfər barədə təəssüratlarını öyrəndim. Bakının gözəlliyindən danışdı. Söhbətimizdə Bakını həddən ziyadə sevdiyini dedi. Bütövlükdə Azərbaycanla bağlı müsbət fikirlərini bölüşdü mənimlə. Həmçinin qonaqpərvərlikdən, qarşılanmasından da çox razılıq etdi.
BUTA.TV xəbər verir ki, bu sözləri qüquq elmləri doktoru, professor İlham Rəhimov Globalinfo.az-a müsahibəsində deyib.
“Putinə aid Bakı ilə bağlı kiçik bir xatirəmi ilk dəfə sizinlə bölüşmək istəyirəm. 2016-cı ildə Putin Bakıya gələndə məni səhər yeməyinə dəvət etmişdi. Söhbət əsnasında ondan Bakı şəhəri ilə bağlı təəssüratını soruşdum. Mənə cavab verdi ki, şəhərdə son illər görülən işlərə və Bakının belə gözəlləşməsinə heyran qalıb. Sonra çox maraqlı bir cümlə işlətdi: “Əgər Heydər Əliyev bunları görsəydi, oğlu ilə fəxr edərdi”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana rəsmi səfər edib.
- Kürdə suyun səviyyəsi artır: Proses nə vaxta kimi davam edəcək?
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?