Gürcüstan Daxili İşlər Nazirliyi ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın iki üzvünü inzibati qaydada saxlayıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Tbilisi Şəhər Şurasının deputatları İrakli Edsqveradze və İrakli Nadiradze polis əməkdaşlarının işinə mane olublar və narkotik cinayətləri ilə bağlı istintaq tədbirlərinə müdaxilə ediblər.
Müxalifət partiyası artıq hər iki məhbusun dərhal azad edilməsini tələb edib və hakimiyyəti siyasi rəqiblərinə qarşı repressiyalarda ittiham edib.
- Kürdə suyun səviyyəsi artır: Proses nə vaxta kimi davam edəcək?
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?