Yaponiya Kuril adalarına səfərləri bərpa etmək istəyir

18:22 - 1 Avqust 2024 - GÜNDƏM

 Yaponiya Kuril adalarına səfərləri bərpa etmək istəyir

Yaponiya hökuməti vətəndaşlarının Kuril adalarına öz əcdadlarının məzarlarını ziyarətini bərpa edə bilmək üçün səylərini davam etdirəcək.

BUTA.TV xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib.

Onun sözlərinə görə, bu, Tokio üçün prioritet məsələlərdən biri olaraq qalır:

“Kuril adalarının cənub hissəsinin keçmiş sakinlərinin gözləntilərini doğrulatmaq istərdik. Biz çalışırıq ki, Rusiya tərəfindən adaya səfərlərin bərpasına nail olaq. Xüsusən də dəfn yerlərini ziyarət etmək məqsədlə səfərlərin təşkilini həyata keçirə bilək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol