Razılaşma: Rusiya amerikalı məhbusları azad etdi

Razılaşma: Rusiya amerikalı məhbusları azad etdi

Tarix: Siyasət

Rusiya ABŞ-la məhbus mübadiləsi çərçivəsində “Uoll Strit Jurnal”ın müxbiri Evan Qerşkoviç və keçmiş ABŞ dəniz piyadası Pol Uilanı azad edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məhbusların kimlərlə dəyişdirildiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, “Uoll Strit Jurnal”ın Moskva bürosunun müxbiri Qerşkoviç 2023-cü ilin martında Yekaterinburqda ABŞ maraqları naminə casusluqda şübhəli bilinərək saxlanılıb. Pol Uilan 2018-ci ilin dekabrında saxlanılıb. O, casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilmişdi.