İsmayıllı rayonunun Diyallı kəndində yaşayan 2007-ci il təvəllüdlü Kənan Nurəddin oğlu Məmmədov iyunun 2-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qırmızı rəngli köynək, qara rəngli şalvar və sarı rəngli idman ayaqqabısı olub.
"Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020) 285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü