İrəvanın Qələbə parkında Ermənistanda xidmət edən erməni və rus sərhədçilər üçün qoyulmuş abidənin arxasındakı bayraq dirəyindən Rusiyanın bayrağı endirilib və gerbi sökülüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Hazırda Rusiya gerbinin izləri görünür, bayraq isə cırılıb, yalnız bir parçası qalıb.
İrəvan meriya buna görə məsuliyyət daşımadığını bildirib.
“İravunk” yazıb ki, bayrağı və gerbi rusofoblar söküb, buna baxmayaraq, rəsmilər indiyə qədər onu bərpa etmək haqda düşünməyib.
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi