Ermənistan Milli Assambleyasının parlament müxalifətinin təşəbbüsü ilə keçirilən iclası baş tutmayıb.
BUTA.TV xəbər verir ki, hakim “Mülki müqavilə” fraksiyasının deputatları lazımi kvorumu təmin etməyib.
İclasda iştirak etmək üçün cəmi 34 deputat qeydiyyatdan keçib, lakin onun baş tutması üçün minimum 54 deputat tələb olunur.
“34 deputat qeydiyyatdan keçib, kvorum yoxdur” deyən parlamentin spikeri Alen Simonyan (hakim partiyanın üzvü – red.) bildirib.
Qeyd edək ki, 107 deputatı olan Ermənistan parlamentində Paşinyan fraksiyasının 71 mandatı var.
Müxalifətin “Hayastan” və “Şərəfim var” blokları ötən həftə “Hökumətin istefası və yeni parlamentin formalaşdırılması zərurəti haqqında” müraciət layihəsinin müzakirəsi nəzərdə tutulan iclas keçirmək təşəbbüsü ilə çıxış ediblər.
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü