Azərbaycanla sərhədin delimitasiyası prosesində referendum mümkündür.
BUTA.TV xəbər verir ki, bunu Zəngəzurun Sinuayr kəndinin sakinləri ilə görüşündə Ermənistan Baş naziri Nikol Pşinyan deyib.
O bildirib ki, buradan 100 kv.m verib, oradan 100 kv.m almaq - mübadilə təklifinin olacağı vəziyyəti qəbul edir. Bu halda hakimiyyət heç nə qərar verə bilməz - referendum keçirmək lazım gələcək.
“Biz düzgün başa düşməliyik: Azərbaycanla yeni sərhəd formalaşdırmırıq, sovet dövrünün sərhədlərini bərpa edirik”, - deyə o bildirib.
O, kənd sakinlərini əmin edib ki, hakimiyyət öz ərazilərinin bir metrini də heç kimə verməyəcək.
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü