Xəbər verdiyimiz kimi, Xalq artisti Niyaməddin Musayevin polis tərəfindən saxlanıldığı iddia edilən görüntülər yayılıb.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən N.Musayev bildirib ki, o, saxlanılmayıb:
"Mən həmişə Ağ Şəhər Bulvarına idman etmək üçün gedirəm. Orada dairəvi yol var. Həmin ərazidə avtomobili saxladım. Bildiyiniz kimi, indi yeni bir sistem yaradıblar, telefonla SMS göndərmək lazımdır ki, maşını park etdiyini bildirəsən və buna görə 1 manat ödəniş edəsən. SMS göndərmədən saxlayanda 20 manat cərimə edirlər.
Mənim yeni sistemdən başım çıxmır. Ona görə də polis əməkdaşlarına özüm yaxınlaşıb kömək istədim ki, telefonumla SMS göndərsinlər. Onlar da sağ olsunlar, mənə kömək etdilər.
Çox sayda nadan insanlar var, yazıblar ki, guya məni polis saxlayıb. Belə bir şey yoxdur. Məni nəyə görə saxlamalıdırlar? İctimaiyyət arasında özümü idarə etməyim və digər davranışlarım yerindədir".
- Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi
- 15 yaşlı oğlan özünü öldürdü: Oyunda vaxt qoyublarmış - Şok
- Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq
- Rusiyadan AZAL təyyarəsi ilə bağlı yeni biabırçı bəyanat